01 noyabr 2018 22:20
3266

Rumıniyada 40-cı yanacaqdoldurma məntəqəsini

SOCAR-ın Rumıniyada sayca 40-cı yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

AZƏRTAC Rumıniya KİV-lərinə istinadla xəbər verir ki, Timişoara rayonunda “SOCAR” brendi ilə sayca 3-cü YDM olan məntəqədə “Nano” markalı 4 növ yanacaq satışı həyata keçirilir. Müştərilərə YDM-dəki “Nar” kafedə yerli və Azərbaycan məhsulları təqdim olunur.

Qeyd edək ki, SOCAR Rumıniya bazarındakı fəaliyyətini “SOCAR Romania S.A” şirkəti vasitəsilə həyata keçirir. Şirkət 2011-ci il yanvarın 30-da “ROMTRANSPETROL” strukturu əsasında Botosani şəhərində təsis edilib və cəmi 12 yanacaqdoldurma məntəqəsi ilə fəaliyyətə başlayıb. Şirkət Rumıniya bazarında neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur. SOCAR tərəfindən Rumıniyaya 2011-ci ildən ötən ilin sonuna kimi qoyulmuş sərmayənin ümumi həcmi təqribən 77,7 milyon dollara bərabərdir. Eyni müddət ərzində şirkət Rumıniya hökumətinə ümumilikdə 86,4 milyon dollar vergi ödəyib.

SOCAR-a məxsus YDM-lər məntəqələri Rumıniyanın 42 regionundan 18-ni əhatə edir.