02 noyabr 2018 17:49
2461

Bakıda bu prospekt səhər saatlarından tıxanıb

Bakının əsas prospektlərindən biri olan Babək prospekti səhər saatlarından tıxanıb.

Trend-in məlumatına görə, hazırda da Babək prospektinin Yusif Səfərov küçəsi ilə birləşən hissəsində (şəhərə giriş) tıxac var. Avtomobillər saatda 5-10 km sürətlə hərəkət edirlər.

Hadisə yerində olan sürücülərdən verilən məlumata görə, tıxaca səbəb yolda gedən təmir işləridir.