02 noyabr 2018 19:49
2703

Doktorantların elmi fəaliyyəti müzakirə olunub

Noyabrın 2-də Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru vəzifəsini icra edən Xalıq Yahudov fəlsəfə və elmlər doktoru proqramları üzrə təhsil alan doktorantlar və onların elmi rəhbərləri ilə görüşüb.

AzTU-dan bildirilib ki, professor X.Yahudov universitetdə doktorantura proqramı üzrə təhsil alanlar üçün son illər yaradılan şəraitdən, görülən işlərdən danışıb. Vurğulayıb ki, doktorantların elmi fəaliyyəti və aldıqları nəticələr hər ilin sonunda kafedra iclaslarında müzakirə edilərək qiymətləndirilməli, bu nəticələrin konfranslarda məruzə edilməsi, həmçinin elmi jurnallarda dərc edilməsi təmin olunmalıdır.

Sonra AzTU-nun elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov universitetdə fəlsəfə və elmlər doktoru proqramları üzrə təhsilin vəziyyəti ilə bağlı ətraflı məlumat verib.

Görüşdə mövcud problemlər müzakirə olunub.