02 noyabr 2018 20:47
2825

Avstriyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Avstriyanın ölkəmizdəki səfiri Aksel Vex ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və Avstriya arasında ikitərəfli münasibətlərin cari vəziyyətindən məmnunluq ifadə olunub. Siyasi, iqtisadi, energetika və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensialın mövcud olduğu vurğulanıb.

Elmar Məmmədyarov Azərbaycan və Avstriya arasında münasibətlərin inkişafına verdiyi töhfəsinə görə səfirə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Aksel Vex diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə minnətdarlığını bildirib.