02 noyabr 2018 23:23
3435

Prodüser Reymond Çou vəfat edib

Honkonqun kino sənayesinin “xaç atası” hesab olunan film prodüseri Reymond Çou 91 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “China South Morning Star” qəzeti məlumat yayıb. Şərq döyüş sənətini kinoya gətirərək dünya səhnəsinə çıxarmaqla tanınan Reymond Çou müxtəlif mövzu və janrlarda 600-dən çox filmə prodüserlik edib. O, həm də məşhur döyüş filmləri ulduzu Brüs Lini kinoya gətirməklə tanınır. “Golden harvest” kino şirkətinin həmtəsisçisi olan R.Çou Ceki Çən, Tsuy Hark kimi ulduzlara da prodüserlik edib.