03 noyabr 2018 20:02
2984

Fәlәstinin xarici işlәr naziri Azәrbaycana sәfәr edәcәk

Fәlәstinin xarici işlәr naziri Riyad əl-Maliki noyabrın 4-dәn 6-dәk Azәrbaycana rәsmi sәfәr edәcәk.

Fәlәstinin Bakıdakı sәfirliyindən Trend-ə verilən məlumata görə, sәfәr zamanı xarici işlәr naziri bir sıra rәsmi görüşlәr keçirәcәk, hәmçinin noyabrın 5-dә Bakıda baş tutacaq “Fәlәstin dövlәtinin Asiya ölkәlәrindәki sәfirlәrinin Konfransı”na sәdrlik edәcәk:

“Fәlәstin dövlәtinin Asiya ölkәlәrindәki sәfirlәrinin Konfransı”nın açılışını Azәrbaycan xarici işlәr naziri Elmar Mәmmәdyarov vә Fәlәstinin xarici işlәr naziri Riyad әl-Maliki edәcәklәr".