06 noyabr 2018 15:31
1717

Rəsmi Bakı ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları araşdırır

Rəsmi Bakı ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların Azərbaycana təsirini araşdırır

İran Azərbaycanın yaxın qonşu ölkəsidir və bir çox sahələrdə mühüm tərəfdaşıdır. Eyni zamanda, Azərbaycanla ABŞ arasında mövcud olan çoxşaxəli münasibətlər bizim üçün əhəmiyyət kəsb edir.

Bu barədə ABŞ-ın İrana qarşı ötən gün qüvvəyə minən sanksiyalarının Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı Trend-in sorğusuna cavab olaraq Azərbaycanın Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Açıqlamada o da vurğulanır ki, bu xüsusda, ABŞ tərəfindən İrana qarşı tətbiq edilən sanksiyalar və onların mümkün təsir və nəticələri yerli ekspertlər tərəfindən ətraflı şəkildə araşdırılır.