06 noyabr 2018 17:28
1910

Səfir: Azərbaycan regionda İraqın ən yaxın tərəfdaşıdır

İraq ilə Azərbaycan arasında çox dərin əlaqələr mövcuddur. Azərbaycan regionda İraqın ən yaxın tərəfdaşıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İraqın Azərbaycandakı səfiri Fadil Avad əl-Şuveyli noyabrın 6-da keçirdiyi mətbuat konfransında söyləyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat deyib ki, ölkəsi problemin sülh yolu ilə həllinin tərəfdarıdır. “İraq münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir və BMT-nin qətnamələrinin yerinə yetirilməsinə çağırır”, - deyə o əlavə edib.

Səfir, həmçinin İraqdan Azərbaycana gələn Qahdan Adnan adlı jurnalistin mənfi xarakterli yazılarına da toxunub. O deyib ki, iki ölkə haqqında yazılar yazan jurnalist kimlərsə tərəfindən himayə olunur. Həmin şəxsin məqsədi İraq-Azərbaycan əlaqələrinə xələl gətirməkdir. Lakin İraq-Azərbaycan əlaqələri tarixi xarakter daşıyır və kimlərsə bu cür əməlləri ilə iki ölkə arasında münasibətlərə xələl gətirə bilməz”.