16 noyabr 2018 23:58
2849

Bir qrup gəncə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim edilib

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 26-cı ildönümü münasibətilə partiyanın Biləsuvar rayon təşkilatında tədbir keçirilib. Rayon təşkilatının sədri Kamil Mirzəyev Yeni Azərbaycan Partiyasının yaranmasının hansı tarixi şəraitdə baş verdiyini diqqətə çatdırıb. Bildirib ki, YAP-ın təsis konfransı ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində keçirilib və ümummilli lider Heydər Əliyev partiyanın sədri seçilib. 1992-ci ildən bu günə gədər Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi və şərəfli yoldan ətraflı danışan sədr qeyd edib ki, bu gün Prezident İlham Əliyevin sədrliyi ilə YAP regionun siyasi arenasında xüsusi yer tutur.

Sonra YAP Biləsuvar rayon təşkilatının yaranmasından, fəaliyyətindən danışan sədr, hazırda sıralarında 5359 nəfər partiya üzvünü birləşdirən Biləsuvar rayon təşkilatının respublikada həmişə ictimai-siyasi fəallığı ilə seçildiyini qeyd edib.

Təşkilatın aparat rəhbəri Əjdər Niftiyev ərazi ilk partiya təşkilatlarının  qarşısında duran vəzifələr barədə məlumat verib. Partiya üzvlərindən Gülmalı Gülalıyev, Rüstəm Əliyev, Ağabəy Ağayev və başqaları çıxış edərək öz fəaliyyətləri ilə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini qeyd etdilər.

Sonda partiya üzvlüyünə qəbul olunan  bir qrup gəncə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim edilib.

Taleh Bağırov, “İki sahil”