22 iyun 2017 21:12
406

İran nümayəndə heyəti Bakıda

Ölkəmizin Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz kuboku - 2017” beynəlxalq yarışlarının planlaşdırılması ilə əlaqədar İran İslam Respublikasının nümayəndə heyəti Bakıda olub.

Hərbi Dəniz Qüvvələrində keçirilən görüşdə təlimin qaydaları, təhlükəsizlik, rabitə mübadiləsi və mədəni-ictimai tədbirlər kimi mövzularda müzakirələr aparılıb.

Qonaqlar oyunların keçiriləcəyi təlim-tədris kompleksinə də baxış keçiriblər.

Məhərrəm Ağalaroğlu