22 iyun 2017 23:37
558

Daha iki yeni hərbi şəhərciyin açılışı olub

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən zenit-raket və mühəndis-istehkam hərbi hissələrinin açılışında iştirak edib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, ərazidəki qərargah, xüsusi texnika üçün saxlanclar, əsgər yataqxanaları, yeməkxana, sıra meydanı və digər hərbi obyektlər ilə tanışlıq olub.

Hərbi hissələrdən birində yeni inşa olunacaq yeməkxananın təməlqoyma mərasimində iştirak edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov müvafiq tapşırıqlar verib.