Menu
  • 22-10-2018
      • Bakı +21+24

  • 22-10-2018
    • $ 1.7
      1.9479

1   2   3   4   5   6

HƏRBİ

Ali Baş Komandanın tapşırıqları Azərbaycan Ordusunun şəxsi heyətinə çatdırılır

12-01-2018 [ 17:48 ] [ oxunub:1036 ]
A+ | A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının nitqi Azərbaycan Ordusunun şəxsi heyətinin böyük marağına və vətənpərvərlik ruhunun daha da yüksəlməsinə səbəb olub.

"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində keçirilən ictimai-siyasi hazırlıq dərsləri çərçivəsində şəxsi heyətin diqqətinə bu iclasda Azərbaycanın ötən ildə əldə etdiyi nailiyyətlər, ölkəmizin uğurlu inkişafı, qarşıda duran vəzifələr barədə səsləndirilən fikirlər, xüsusən də Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar şəxsi heyətin diqqətinə çatdırılır.

Keçirilən tədbirlərdə vurğulanıb ki, dövlətimizin başçısının düşmənlərimizə, Ermənistanın havadarlarına, dövlətimizə qarşı çıxan qüvvələrə kəskin mesaj olan nitqi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazır olan Azərbaycan əsgərinin döyüş ruhunu, torpaqları işğaldan azad etmək əzmini daha da artırıb.

FOTO QALEREYA