16 mart 2018 21:46
1623

Bako Saakyanın Amerikaya səfəri

Bako Saakyanın Amerikaya səfəri ABŞ-ın siyasətində ikili standartların bariz nümunəsidir

Dağlıq Qarabağdakı işğalçı rejimin başçısı Bako Saakyanın ABŞ-a səfəri Birləşmiş Ştatların siyasətində mövcud olan ikili standartların bariz nümunəsidir.

ATƏT Minsk Qrupunun həmsədri kimi münaqişənin beynəlxalq hüquq və normaları çərçivəsində həllinə görə məsuliyyət daşıyan, dünyada haqqın və ədalətin keşiyində durduğunu bəyan edən bir ölkənin işğalçı rejimin başçısına belə şərait yaratması nonsensdir.

Əgər bu, normaldırsa, nəyə görə Krımın, Cənubi Osetiyanın, Abxaziyanın, Dnestryanı Respublikanın və digər bu kimi qurumların rəhbərlərinə müvafiq şərait yaradılmır? Yox, əgər pisdirsə, nəyə görə Bako Saakyana belə imkan tanınır?

ABŞ necə ədalətdən danışa bilər ki, bir separatçı rejimin başçısı Konqresin binasında görüş keçirir, konqresmenlərlə təmasda olur, onlara heç bir ölkə, o cümlədən də Amerikanın özü tərəfindən tanınmayan sepereçı qurulmun adından təltiflər təqdim edir?!

Hətta Saakyanın Konqresdə icarə olunmuş otaqda Konqresdəki erməni kokusunun nümayəndələri ilə görüşdüyü, ermənipərəst mərkəzlərdə görüşlər keçirdiyi nəzərə alınsa belə, ona belə bir şərait yaradılması ABŞ-ın özünün prinsiplərinə və beynəlxalq qanunvericiliyin tələblərinə ziddir.

Dağlıq Qarabağın başçısı Ermənistan pasportu və vizası ilə ABŞ-a necə səfər edib?

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yürütdüyü ikili standartlar siyasətinə  son qoymalı və bəyan etdiyi prinsiplərə sadiqliyini göstərməlidir.

Azərbaycan ictimaiyyəti ABŞ-ın ikili standartlar siyasətinə qəti etiraz edir.

Politoloqlar, ekspertlər bu halı Vaşinqtonun siyasətinə ədalətsizlik və ikili standartlar kimi qiymətləndirirlər.