18 oktyabr 2017 22:02
525

TADEF sədri: İşğal altındakı Azərbaycan torpaqları gec-tez azad olunacaq

İşğal altında olan Azərbaycan torpaqları gec-tez azad olunacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin Kocaeli vilayətində fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündar deyib.

B.Dündar qeyd edib ki, bu gün Azərbaycan Qafqazın parlayan ulduzudur.

TADEF sədri Azərbaycan xalqını 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.