16 mart 2018 18:38
1422

Baş Ələt stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Baş Ələt stansiyasında yeni yoldəyişənlər quraşdırılır.

"Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, hazırda Baş Ələt stansiyasının cüt boğazlarında 3 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

Qeyd edək ki, 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

İlk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 133 yoldəyişən yenisi ilə əvəz olunub.