19 oktyabr 2018 00:11
3474

5 millimetr qalınlığında telefon hazırlanıb

Yaponiyada bank kartı qalınlığında telefon hazırlanıb. Yeniliyin anonsunu “Kyocera” şirkəti və yerli operator “NTT Docomo” veriblər.

AZƏRTAC “planet-today” portalına istinadla xəbər verir ki, miniatür ölçüləri ilə xeyli fərqlənən mobil cihazı nəzəri cəhətdən pul kisəsində gəzdirmək mümkündür. “Kyocera KY-O1L” adlı modelin çəkisi 47 qram, ölçüləri 91x55 mm, qalınlığı isə 5,3 millimetrdir.

Məmulat dəqiq dizaynı ilə seçilir. Telefon 2,8 düym diaqonallı elektron kağızdan olan monoxrom ekranla işıqlandırılıb. Akkumulyatorun tutumu 380 мА/saatdır. Cihaz “Android” bazasında firma əməliyyat sisteminin idarəsi altında işləyir, lakin mobil proqram əlavələri nəzərdə tutulmayıb.

Telefonda kamera da yoxdur. Noyabrda satışa çıxarılacaq bu yeni məhsulun qiyməti 285 dollardır.