19 oktyabr 2018 16:36
2378

Nazirin Beyləqanda vətəndaşların qəbulu vaxtı dəyişdirilib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin Beyləqanda vətəndaşların qəbulu vaxtı dəyişdirilib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin oktyabrın 26-da Beyləqan şəhərində Beyləqan, İmişli, Ağcabədi, Füzuli, Zərdab, Xocavənd və Laçın rayonlarının sakinləri ilə nəzərdə tutulan görüşü oktyabrın 23-də saat 12:00-da keçiriləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazir qeyd olunan rayonlar üzrə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün Beyləqan rayonunda (021) 225-30-00, İmişli rayonunda (021) 246-43-66, Ağcabədi rayonunda (021) 275-32-32, Füzuli rayonunda (026) 315-51-60, Zərdab rayonunda (020) 296-42-99, Xocavənd rayonu üzrə (021) 223-54-48, Laçın rayonu üzrə (021) 277-82-02 nömrəli telefonlara zəng etmələri mümkündür.