18 aprel 2018 01:58
1365

Telefonda bu proqramı görəndə ehtiyatlı olun

Övladınızın mobil telefonunda hesab əməliyyatı aparan proqram görmək riyaziyyat dərsinə hazırlıq kimi anlaşıla bilər.

 “Ölkə.Az” xəbər verir ki, son dövrlər belə düşünmək ciddi səhvə yol verilir. İngilis polisi bildirir ki, gənclər seksual xarakterli video və fotoları hesab əməliyyatı aparan tətbiq adı altında gizlədirlər.

“The Times” qəzetinin xəbərinə əsasən, “The Private Photos (Calculator%” adlı tətbiqi ilk dəfə açanda adi kalkulyator görünür. Amma 4 rəqəmli parolu daxil etdikdən sonra ekrana gizlədilən foto və videolar çıxır.

Məlum olub ki, uşaqlar foto və videoları valideynlərindən bu üsulla gizlədirlər.