13 aprel 2018 23:27
1424

Psixoloqlar “facebook”u ləğv etməyi məsləhət görürlər

Avstraliya psixoloqları apardıqları araşdırmadan sonra müəyyən ediblər ki, sosial şəbəkədən, əsasən də, “ Facebook” dan imtina etmək stresin azalmasına, komfort hissinin çoxalmasına səbəb olur. Apardıqları tədqiqatlarda avstraliyalı alimlər 138 aktiv sosial şəbəkə nümayəndələrindən istifadə ediblər.

İştirakçıların yaşı 18 dən 40 yaşa qədər olub. Onlara sosial şəbəkədə aktivlik, əhval - ruhiyyələri və gündəlik stress səviyyələri haqqında bir sıra suallar verilib. Bundan başqa onlarda kortizol hormonun səviyyəsi də ölçülüb.

Dəstənin birinə bir həftə “facebook” a daxil olmaları qadağan edilib, digər dəstəyə isə adi qaydada davam etmələri tapşırılıb. Nəticədə sosial şəbəkədən istifadə etməyi qadağan olunan dəstənin stress hormonu sözün həqiqi mənasında aşağı düşüb, komfort hissi isə əksinə yüksəlib.

Könül Əliyeva