17 yanvar 2018 16:40
1491

Bakı Metropolitenində 4G işə düşüb

“Bakcell” MMC mobil rabitə operatoru Bakı Metropolitenində LTE (4G) şəbəkəsini işə salıb.

Bu barədə şirkətdən məlumat verilib.

LTE şəbəkəsi ilə yüksək sürətli internet xidməti stansiyaların platformalarında işləkdir. Tunellərdə şəbəkə işləməyə bilər.

Operatorun təqdim etdiyi LTE şəbəkəsinin sürəti saniyədə 225 meqabit təşkil edir. Bu, abunəçilərə faylların sürətli ötürülməsi və qəbulunu həyata keçirməyə, onlayn musiqi dinləməyə və onlayn oyunlar oynamağa imkan verəcək.

Qeyd edək ki, şəbəkə 21 metro stansiyasını əhatə edir.