15 noyabr 2017 14:29
796

Çin orbitə yeni meteorologiya peyki göndərib

Çin orbitə “Fengyun-3D” adlı özünün yeni nəsil meteorologiya peykini göndərib.

AZƏRTAC xəbər verir ki, noyabrın 15-də yerli vaxtla saat 2:35-də Tayyuan şəhərindəki kosmodromdan peykin buraxılışı olub. Peyki orbitə “Long March-4C” daşıyıcı raketi aparıb.

Qütb orbitində hərəkət edəcək “Fengyun-3D” müxtəlif hava şəraiti ilə əlaqədar çoxspektrli üçölçülü şəkillər təmin edə biləcək. Yeni peyk 2013-cü ildə orbitə buraxılan “Fengyun-3C” peyki ilə şəbəkə halında çalışacaq.

Peyki və daşıyıcı raketi Çin Aerokosmik Elm və Texnologiya Korporasiyanın nəzdində fəaliyyət göstərən Şanxay Kosmik Uçuşlar Texnologiyası Akademiyasının mütəxəssisləri hazırlayıblar.