19 sentyabr 2017 15:47
412

“Chrome” brauzerində pleyeri tamamilə bloklamaq mümkün olacaq

“Chrome” brauzerində avtomatik işə düşən pleyeri tamamilə bloklamaq mümkün olacaq

2018-ci il yanvarın sonunadək “Google” “Chrome” brauzerində musiqi və videonun avtomatik işə düşməsini bloklayan funksiyasını əlavə edəcək.

Məlumata görə, cari ilin oktyabrında “Google” şirkəti tərəfindən çıxarılacaq “Chrome 63” brauzerində avtopleyerə malik saytlarda səsin söndürülməsi üçün seçim əlavə ediləcək. Çarxlar avtomatik göstərilsə də, qıcıqlandıran səs söndürülmüş olacaq.

Gələn ilin yanvarında “Chrome” brauzerində avtomatik pleyeri tamamilə bloklamaq imkanı əlçatan olacaq. Bu halda internet nəhənginin “ağıllı” alqoritmi istifadəçilərin davranışını təhlil edərək onların icazəsi ilə videoları avtomatik göstərəcək.