21 noyabr 2017 20:29
845

Alimlər sakit yuxunu təmin edən xüsusi qulaqlıqlar hazırlayıblar

ABŞ-ın “Bose” şirkəti keyfiyyətli səs üçün audiokomponentlər, qulaqlıqlar, akustik sistemlər və bir çox digər qurğular istehsal edir. Şirkət ilk dəfə istehlakçıların sakit yuxusunu təmin edən xüsusi qulaqlıqlar hazırlayıb.

AZƏRTAC popmech.ru saytına istinadla xəbər verir ki, 2018-ci ilin fevralında satışa çıxarılacaq bu qurğular bütün yad səs-küyləri udmaqla yanaşı, həm də öz sahibinə sakitləşdirici səslər təqdim edir. Bunun üçün qulaqlıqlar “Bluetooth” vasitəsilə smartfona qoşulur və mobil əlavənin köməyi ilə idarə olunur. Bundan başqa, qulaqlıqlar zəngli saat siqnalı funksiyasına da malikdir. “Kraudfaundinq” şirkətinin köməyi ilə “Bose” qulaqlıqların istehsalı üçün planlaşdırılan 50 min dolların əvəzinə doqquz dəfə çox vəsait toplayıb. İlkin sifarişlər üzrə qadcetin dəyəri 150 dollar təşkil edir. Qurğunun seriya versiyası isə 250 dollar dəyərində olacaq.