12 aprel 2018 16:38
1158

Yeni qatlanan smartfonlar hazırlanıb

2018-ci ilin sonunda dünya üzrə smartfon istehsalında lider olan aparıcı brendlər 50 milyondan çox qatlanan telefon istehsal edəcəklər.

Publika.az xəbər verir ki, cari ilin sonlarında ən yeni texnologiya və qatlanma displeyi ilə təchiz edilmiş smartfonlar 5 il sonra dünyada hər il təchiz edilən mobil qurğulardan biri olacaq.

Məlumata görə, 2018-ci ilin sonundan etibarən qatlanan ekran və korpusla təchiz edilmiş mobil telefonlar dəbə minəcək. Nəhəng şirkətlər artıq belə qurğuları hazırlayır, ya da texnologiya üçün patentləri qeydiyyatdan keçirirlər. Məsələn, telefon bazarına liderlik edən “Samsung” şirkəti qatlanan displeyə malik smartfon istehsalı üçün işin 80%-ni həll etdiyi halda, “Apple” hələ də texnologiya üçün patentləri qeydiyyatdan keçirir. “Huawei” brendi isə cari ilin sonunda belə cihaz təqdim etməyi planlaşdırır.

“Strategy Analytics” şirkətinin proqnozuna görə, 2019-cu il üçün qatlanan displeyə malik smartfonların sayı 700 minə qədər artacaq. 2021-ci ildə belə cihazların sayı 30,4 milyon, 2022-ci ildə isə 50,1 milyona çatacaq.