05 oktyabr 2018 16:07
3201

Dubay 2025-ci ilə qədər dünyada ən çox ziyarət edilən şəhər olacaq

Birləşmiş Ərəb Əmirliklərinə daxil olan Dubay əmirliyi höküməti 2025-ci ilə qədər turizm sektorunun inkişafı üçün yeni strategiya təsdiqləyib.

“Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, strategiya şəhəri ziyarət edən turislətin sayının 23-25 mln.-a çatdırılmasını nəzərdə tutur. 

Bu rəqəm 2017-ci ildə 15,8 mln olub ki, son nəticədə Dubay dünyada ən çox ziyarət edilən şəhərlər arasında 4--cü yeri tutub. İlk yerləri isə Tailandın paytaxtı Banqkok (20,05 mln. turist), Böyük Britaniyanın paytaxtı London (19,8 mln. turist) və Fransanın oaytaxtı Paris (17,4 mln. turist) tutub.