09 yanvar 2018 20:05
1162

Ötən il Misirdə turizm axını 55 faiz artıb

Ötən ilin 11 ayı ərzində Misirə turizm axını 55 faiz artıb. AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Misirin Milli Turizm Təşkilatının direktoru Hişam əl-Demeri məlumat verib.

H.əl-Demeri bildirib ki, ötən ilin yanvar-noyabr aylarında Misirin əcnəbi qonaqlarının ümumi sayının 30 faizini ərəb ölkələrinin sakinləri təşkil ediblər ki, bu da 2016-cı illə müqayisədə 15 faiz çoxdur. Asiyadan gələn turistlərin sayı 2 dəfə artıb. Bundan əlavə, Böyük Britaniya Xarici İşlər Nazirliyinin xəbərdarlığına baxmayaraq, bu ölkədən olan turizm axını 30 faiz artıb.