31 oktyabr 2017 17:46
746

Bakı rusların səfər edəcəkləri ölkələr sırasındadır

Bakı rusların noyabr bayramları üçün səfər edəcəkləri ölkələr sırasındadır

Azərbaycanın paytaxtı Bakı rusların noyabr bayramları üçün səfər edəcəkləri ölkələrin ilk beşliyinə daxildir.

AZƏRTAC Gürcüstan saytlarına istinadla xəbər verir ki, reytinqə Minsk liderlik edir. Sonrakı yerlərdə Astana, Tbilisi və İrəvan qərarlaşıb.

Qeyd edək ki, ilin əvvəlindən Gürcüstanı 1,1 milyondan çox rusiyalı turist ziyarət edib. Rusiya yanvardan sentyabradək bu ölkəyə səfər sayına görə üçüncü yerdədir. İlk iki yeri Azərbaycan və Ermənistan bölüşür. Hesabat dövründə bu ölkələrin hər birindən 1,2 milyondan artıq vətəndaş Gürcüstana səfər edib.