14 sentyabr 2017 18:33
894

Azərbaycan ilk onluqdadır

Kiyevə gələn xarici turistlərin sayına görə Azərbaycan ilk onluqdadır

Bu ilin altı ayında Kiyevə 688,47 min xarici turist gəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,43 faiz azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Hesabatda qeyd olunur ki, Kiyevə gələn ən çox xarici turistlərin siyahısında Azərbaycan ilk onluğa düşüb. İlk onluqda bu ölkələr yer alıb - İsrail, ABŞ, Almaniya, Belarus, Türkiyə, Böyük Britaniya, Azərbaycan, Fransa, İtaliya və Gürcüstan.

Məlumata görə, bu il ərzində Kiyevə 1,4 milyon xarici turistin gəlməsi proqnozlaşdırılır.