07 sentyabr 2017 18:26
730

Ramiz Həsənov: Otellərlə bağlı müasir standartlar hazırlanır

Respublikada otellərlə bağlı Texniki Komitə yaradılıb və bu sahədə müasir standartlar hazırlanır.

Bu fikirləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov jurnalistlərə müsahibəsində deyib.

Komitə sədrinin sözlərinə görə, yeni standartların müəyyən bir hissəsi artıq qəbul edilib. Eyni zamanda, bu sahənin təkmilləşdirilməsi ilə əlaqədar yeni normativ sənədlər də qəbul olunacaq.

Ümumilikdə isə sözügedən standartlar xidmətin səviyyəsinin artırılması məqsədini daşıyır.