28 avqust 2017 23:17
686

Azərbaycan turistlər üçün maraqlı bir məkana çevirilib

«Azərbaycanın turizm potensialı olduqca  yüksəkdir. Ölkəmizin həm təbii-coğrafi, həm də müasir dünyada tutduğu mövqe Azərbaycanı turistlər üçün maraqlı bir məkana çevirib».

Bu fikirləri yap.org.az saytına Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, dövlətimiz turizmin inkişafı istiqamətində vacib addımlar atmaqdadır. Onun sözlərinə görə, bu baxımdan, turizm sektorunun inkişaf etdirilməsi üçün mütəxəssislərin olması da vacib şərtlərdən biridir.

«Hazırda turizm mütəxəssislərinin yetişdirilməsinə ehtiyac, tələbat mövcuddur. Bu istiqamətdə də müvafiq addımlar atılır. Qeyri-neft sektorunun vacib istiqaməti kimi turizmdən dövlət büdcəsinə xeyli vəsait daxil olur. Görülən işlər nəticəsində gələcəkdə bu sahədə daha da böyük nəticələr əldə ediləcək»- deyə komitə sədri vurğulayıb.