18 oktyabr 2017 19:41
724

Bakıda “Caspian Energy Tourism Forum” keçirilib

Oktyabrın 18-də Bakıda “Caspian European Club” və “Caspian American Club” tərəfindən turizm sektoruna həsr olunmuş “Caspian Energy Tourism Forum”u təşkil olunub.

AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun iştirakı ilə keçirilən xüsusi sessiyada turizm sektoru ilə bağlı əsas məsələlər və problemlər müzakirə olunub.

Nazir müavini iştirakçılara turizm sektorunun gələcək inkişafı istiqamətində görülən tədbirlər, planlar və perspektivlər barədə məlumat verib.

Foruma Xəzər-Qara dəniz regionu ölkələrinin iri avia və turizm şirkətlərinin rəhbərləri qatılıb.

Xatırladaq ki, dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ildə Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb.