11 yanvar 2018 21:27
2374

Bayramda Lənkəranda dincələn turistlərin sayı artıb

Bayram günlərində Lənkərana gələn turistlərin sayı artıb. Rayonun istirahət mərkəzlərinə üz tutan daha çox əcnəbilər olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayona gələn xarici turistlər arasında MDB-dən, qonşu İran İslam Respublikasından və ərəb ölkələrindən gələn turistlər çoxluq təşkil edib.

Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov bildirib ki, bayram günlərində rayona nəzərə çarpacaq qədər turist axını olub. 2016-cı ilin dekabrında Lənkərana gələn turistlərin sayı 1000 nəfərdən az idisə, bu il bu rəqəm 3000-ə yaxın olub.

Cari il Lənkərana daha çox turistin gələcəyi proqnozlaşdırılır. Bu il həm də cənub bölgəsi “Cənub rekreasiya zonası” elan olunacaq. Bu isə öz növbəsində bölgədə turizm sektorunun inkişafına təkan verəcək. Artıq bu məqsədlə ekstremal və qış turizmi üçün ərazilər də müəyyənləşdirilib.