15 may 2018 15:21
2108

Azərbaycana hər il 17 min Küveyt vətəndaşı səfər edir

"Küveyt və Azərbaycan arasında müstəsna əlaqələr və bir çox sahələrdə əməkdaşlıq qurulub".

"Report" xəbər verir ki, bunu Küveyt Milli Assambleyasının əlaqələr üzrə dövlət naziri Adel əl-Xarafi Azərbaycan səfirliyində Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyinin qeyd olunduğu mərasimdə deyib.

Onun sözlərinə görə, Azərbaycana hər il 17 min Küveyt vətəndaşı səfər edir.