21 may 2018 14:47
1862

Azərbaycan və Altay diyarı razılığa gəlib

Azərbaycanın Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevin başçılıq etdiyi  nümayəndə heyəti Rusiyanın Altay diyarına səfər edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, səfər zamanı diyar hökuməti ilə Azərbaycan nümayəndə heyəti turizm sahəsində qarşılıqlı əməkdaşlıq barədə razılığa gəlib.

Yaxın zamanlarda Azərbaycan nümayəndələri regional turizm sərgilərində iştirak edəcəklər. Agentlik artıq indidən Altay diyarının turoperatorları ilə əlaqələr yaradır.

Həmçinin qeyd edilir ki, altaylı turistləri Xəzər dənizinin sahilində və Azərbaycanın mədəni-tarixi yerlərində istirahət etmək imkanı maraqlandıra bilər.