23 yanvar 2018 22:54
891

Samandan karbon lifi hazırlanıb

ABŞ-ın Milli Bərpa Olunan Enerji Laboratoriyasının tədqiqatçıları tərəfindən saman və qarğıdalı qıçalarından ibarət karbon lif yaradılıb.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, alimlər bu lifin ucuz avtomobillər hazırlamağa, o cümlədən atmosferə atılan karbon dioksidin (CO2) səviyyəsini azaltmağa imkan verəcəyini ehtimal edirlər.

Karbon lif poladdan beş dəfə daha möhkəm və yüz dəfə yüngüldür. Bu materialın istifadə olunduğu avtomobillər əvvəlkilərlə müqayisədə az yanacaq sərf edəcəklər.