11 avqust 2017 22:27
485

Ali təhsil müəssisələrinə qəbulla bağlı müsabiqənin nəticələri bu gün bilinəcək

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak etmiş abituriyentlərə müraciət edib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulub.

Abituriyentlər DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər.