Menu
  • 21-09-2017
      • Bakı 30+35

  • 21-09-2017
    • $ 1.7007
      2.0209

1   2   3   4   5   6

SOSİAL /

ELM-TƏHSİL

Bakı məktəblərinin ibtidai sinif müəllimlərinə sertifikatlar verilib

14-09-2017 [ 18:44 ] [ oxunub:55 ]
A+ | A-

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin ibtidai sinif müəllimləri növbəti seminarda iştirak ediblər.

BŞTİ-dən bildirilib ki, “İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi metodikası” mövzusunda dördüncü dəfə keçirilən seminar Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təşkilatçılığı ilə Avropa İttifaqı və Avropa Şurasının birgə layihəsi çərçivəsində reallaşıb.

Dörd gün davam edən seminara Avropa Şurasının ekspertləri Olena Stislavska və Majena Rafalska moderator kimi qatılıblar.

Seminarın keçirilməsində əsas məqsəd ibtidai sinif müəllimlərini Uşaq Hüquqları Konvensiyası haqqında ətraflı məlumatlandırmaq və bu barədə onların şagirdləri maarifləndirməsinə kömək etməkdən ibarətdir.

Qeyd edək ki, müvafiq mövzuda bu ilin ötən dövründə iki təlim çərçivəsində dörd seminar keçirilib. Yanvar, may, iyun və sentyabrda təşkil olunan seminarlarda müsahibə yolu ilə seçilən 70 müəllim iştirak edib. Ardıcıl olaraq iki seminarda iştirak edən 50-dək müəllimə sertifikat verilib.

DİGƏR XƏBƏRLƏR