Menu
  • 21-09-2017
      • Bakı 30+35

  • 21-09-2017
    • $ 1.7007
      2.0209

1   2   3   4   5   6

SOSİAL /

ELM-TƏHSİL

Sumqayıtda yüksək bal toplayan tələbələrlə görüş

14-09-2017 [ 18:08 ] [ oxunub:64 ]
A+ | A-

Sumqayıtda  ali məktəblərə yüksək balla qəbul olunan məzunlarla görüş keçirildi. Əvvəlcə  Sumqayıt Dövlət Dram Teatrının foyesində  şəhərin yaradıcı uşaqlarının əl işlərindən ibarət sərgiyə baxış oldu. Daha sonra şəhərdə təhsil sahəsində əldə edilən uğurlardan bəhs edən film nümayiş olundu.

Sumqayıt Şəhər  İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gəncləri əldə etdikləri uğurlar münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırdı, gələcək həyatlarında  müvəffəqiyyət arzuladı. Z.Fərəcov son illər ölkəmizdə dövlət  tərəfindən təhsilə göstərilən yüksək qayğıdan danışdı və bu sahəyə dövlət başçısının  xüsusi diqqət yetirdiyini vurğuladı. Natiq bildirdi ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına şərait yaradır.

Çıxış edən məzunlar onlara bəslənən ümidləri doğruldacaqlarına söz verdilər.

Qeyd edildi ki, 2016-2017-ci tədris ilində Sumqayıt məktəblərində 1872 sinif komplektində 47545 şagird təhsil alıb. Bu, əvvəlki dərs ili ilə müqayisədə şagird sayının 2000 nəfərdən çox olması deməkdir. 2017-ci ildə Sumqayıt şəhər ümumtəhsil məktəblərini 2250 nəfər məzun başa vurub. Onlardan 2080 nəfər ali məktəblərə sənəd verib. Sənəd verənlərdən 1403 nəfəri, yəni abuturyentlərin 69 faizi tələbə adını qazanıb. Respublikanın digər bölgələrindən fərqli olaraq bu şəhər üzrə ali məktəblərə sənəd vermə faizi 82  faizə yaxındır. 2017 ci ildə şəhərin məzunlarından 411 nəfər 500 dən,  169 nəfər   600-dən çox bal toplayıb. Bu, ötən ilki göstəricidən 30 nəfər, yəni təxminən 22% çoxdur. O cümlədən 108 nəfər 600-649 intervalında, 61 nəfər isə 650-700 intervalında bal toplayıb. 200 nəfər məzun 500-600 intervalında bal toplaya bilib. Orta bal 345,7 olub ki, bu da respublika üzrə ən yüksək göstərici olmaqla yanaşı, ötən illə müqayisədə 19% yüksəkdir 1 nəfər məzun isə 700 bal toplayb. Bu ilki nəticələrə görə Sumqayıt məktəbləri respublika üzrə birinci yerə layiq görülüb.

Sonda ali məktəblərə yüksək balla qəbul olunan tələbələrə kompuyuter, qabaqcıl müəllimlərə isə Fəxri fərman və hədiyyələr verildi.

Orxan Vahidoğlu, «İki sahil»

FOTO QALEREYA

DİGƏR XƏBƏRLƏR