11 avqust 2017 20:50
637

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir

“ASAN Peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, layihəni bu qurum “ASAN xidmət”lə birgə həyata keçirir. İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu avqustun 1-dən başlanıb. Artıq sənəd qəbulunda 5 minə yaxın vətəndaş qeydiyyatdan keçərək ixtisas seçib.