21 may 2018 23:26
865

Stiven Hokinqin proqnozları realdırmı?

Dünyaca məhşur fizik Stiven Hokinq ölümündən öncə bir neçə nəzəriyyə irəli sürmüşdü, hansı ki, onun fikirncə  bunlar gec- tez  baş verəcək.

Qarsız qışa öyrəşin, çünki havalar artıq məhz belə olacaq. Buna səbəb isə qlobal istiləşmədir. Qlobal istiləşmənin qarşısını almaq mümkün deyil.

Süni intellekt - son zamanlar insanların əldə etdikləri ən ağır çəkili nailiyyətdir. Lakin maraqlıdır, görəsən həqiqətənmi robotlar insanlara xidmət edəcək? Bəlkə onlar  insanlarla bərabər hüquqa sahib olmaq istəyəcəklər və ya bundan artığını istəyəcəklər, məsələn, hakimiyyət?

Həmçinin məhşur  kompyuterlərin insanların beynini idarə etməsindən də söz açmışdı. Buna görə də “ Treminatoru” istisna etmək lazım deyil. Bu nəzəriyyələrin arasında Hokinq yadplanetliləri də nəzərindən qaçırmayıb. Belə ki, onun sözlərinə görə, yadplanetlilər özlərini  insanların sırasında göstərəcəklər.

Bundan başqa, Yer üzünə elə bir asteroid düşə bilər ki, nəticədə planetimiz parçalana bilər.

Və sonda, təbii ki, fizik  yaxın zamanlarda əhalinin artımı haqqında da nəzəriyyə irəli sürmüşdü.