23 may 2017 00:44
970

BSU-da yeni nəşrlərin təqdimatı olub

Bakı Slavyan Universitetində “V strane russkoqo əzıka”, təlim rus dilində aparılan Azərbaycan məktəblərinin V sinifləri üçün “Literatura”  dərsliyinin və “Müəllimlər üçün vəsait” kitablarının təqdimatı olub. “Literatura” dərsliyi və “Müəllimlər üçün vəsait”lə bağlı BSU-nun prorektoru, professor Telman Cəfərli  çıxış edərək kitab üzərində iş prosesi, kitabın məziyyətləri  barədə məlumat verib.

Daha  sonra  kitabın müəlliflərindən olan B.Bağırlı, BSU-nun əməkdaşları İ.Carçıyeva, M.Nadirli, N.Kərimli, Gürcüstandan gəlmiş professor D.Z.Qosiridze çıxış edərək dərsliyin və metodik vəsaitin təkcə tələbələr üçün deyil, bütün rus dilini öyrənənlər üçün maraqlı olacağını bildiriblər.

“V strane russkoqo əzıka” kitabı ilə bağlı BSU-nun rektoru, professor N.Əliyeva, Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyasının prezidenti, akademik L.A.Verbiskaya (Rusiya),  “Rus dili xaricdə” jurnalının baş redaktoru, professor İ.A. Orexova (Rusiya) çıxış ediblər.