25 may 2017 16:20
404

BDU-da 28 May - Respublika Günü qeyd edilib

Bakı Dövlət Universitetində (BDU) 28 May - Respublika Günü qeyd edilib.

AZƏRTAC xəbər verir ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, 23 ay ərzində maarifçilik, səhiyyə, mədəniyyət, incəsənət, kənd təsərrüfatının inkişafı kimi strateji sahələrdə qəbul edilmiş qərarlardan danışıb.

Azərbaycan Milli Məclisi sədrinin birinci müavini, BDU-nun kafedra müdiri, professor Ziyafət Əsgərov məruzəsində AXC-nin tariximizdəki rolundan, ölkəmizin son illər artan beynəlxalq nüfuzundan danışıb.