19 oktyabr 2017 00:25
511

Bolqarıstanlı rektor Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlıdır

Sofiya Mədən və Geologiya “St. İvan Rilski” Universitetinin rektoru, Bolqarıstan universitetlərinin rektorları şurasının sədri, professor Lyuben Totevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetinin (BDU) geologiya fakültəsində olub.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, geologiya fakültəsinin dekanı, dosent Məhluqə Məmmədova görüşün əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcəyini vurğulayıb. O, fakültənin beynəlxalq əlaqələri, burada aparılan elmi tədqiqatlar barədə məlumat verib.

Professor Lyuben Totev universitetlərarası əlaqələrin inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə bakalavriat və magistratura səviyyələrində ikili diplom proqramının təşkili, tələbə və müəllim mübadiləsi, birgə elmi əməkdaşlıq və s. məsələlər müzakirə edilib.