Menu
  • 22-10-2018
      • Bakı +21+24

  • 22-10-2018
    • $ 1.7
      1.9479

1   2   3   4   5   6

ELM-TƏHSİL

Qubada məktəbli qardaşlar hidravlik üsulla idarə olunan robotlar düzəldiblər

13-01-2018 [ 16:09 ] [ oxunub:397 ]
A+ | A-

Qubanın Amsar kəndində yaşayan Ramazanov qardaşları hidravlik üsulla idarə olunan robotlar düzəldirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 15 yaşlı Hüseynin və ondan iki yaş balaca qardaşı Emilin fizika fənninə böyük maraqları var.

Onlar birlikdə müxtəlif texnikaların iş prinsipinə baxaraq hidravlik robot və qaldırıcı qurğu düzəldiblər. Bu işə yeni başladıqlarından hələ ki, iş prinsipi sadə olan qurğular üzərində çalışırlar. Qardaşlar robotları düzəltmək üçün müxtəlif ölçülü şprislər, yapışqan və kartonlardan istifadə ediblər. Hidravlik üsulla idarə olunan bu robotlar vasitəsilə əşyaları yerindən götürərək kənara qoymaq mümkündür.

Ramazanov qardaşlarının hazırladıqları qurğular məktəblərində və rayon miqyasında keçirilən sərgilərdə maraqla qarşılanıb. Hüseyn Ramazanov deyir ki, uşaqlıqdan traktorların necə işləməsi, ekskavatorun, kranın iş prinsipi ilə maraqlanıb. Fizika dərsində onu daim maraqlandıran suallara cavab tapan yeniyetmə indi öyrəndiklərini həyata keçirməklə məşğuldur.

Yeniyetmələr dərslərini də yaxşı oxuyurlar. Robotları isə asudə vaxtlarında düzəldirlər. Hər iki məktəbli gələcəkdə ali təhsil alıb, elmin sirlərinə daha dərindən yiyələnməyi qarşılarına məqsəd qoyublar.

FOTO QALEREYA

DİGƏR XƏBƏRLƏR