Menu
  • 22-10-2018
      • Bakı +21+24

  • 22-10-2018
    • $ 1.7
      1.9479

1   2   3   4   5   6

SƏHİYYƏ

Daltonizm nədir?

12-01-2018 [ 19:08 ] [ oxunub:1123 ]
A+ | A-

Dünyada rəngi korluq (daltonizm) adı ilə tanınan bu xəstəlik əsasən amerikalılar arasında geniş yayılıb. Daltonizm təxminən 10 milyona yaxın amerikalıda təsadüf olunan genetik xəstəlikdir. Xəstəliyin əsas xüsusiyyəti rəngləri ayırd edə bilməməkdir. Bu xəstəlik müxtəlif formalarda təzahür edir. Bəziləri tamamilə heç bir rəngi ayırd edə bilmir. Bir qismi isə bir-iki rəngi fərqləndirə bilir.

Con Dalton rəng korluğunu aşkar etdi

Rəng korluğu mövzusunda ilk elmi araşdırma bu xəstəliyi evində aşkar etdikdən sonra ingilis kimyacı Con Dalton tərəfindən 1798-ci ildə aşkar olunub. Bu kəşf nəticəsində xəstəlik rəsmi təsdiqini tapıb.

Konusların paylanması

Rəng korluğu meydana gəlməsinin ən ümumi səbəbi işığın rəngini qəbul edən və optik sinir boyunca ötürülən bir elektrik siqnalına çevirən retinada konusların yanlış inkişafıdır. Rəng korluğu zədələnmiş və ya itkin genlərə görə inkişaf edir. Bu xəstəliyin maraqlı tərəfi də odur ki, əsasən kişilərdə mühahidə olunur. Daltonizm dünya üzrə əhalinin kişi hissəsinin təxminən 8 faizini əhatə edir. Rəng korluğu konusların paylanmasından asılı olaraq müxtəlif yollarla özünü göstərə bilir. Qırmızı və yaşıl ya da mavi və sarı rəngləri ayırd edə bilməyən insanlar daltonik adlandırılır. Bu xəstəlikdən əziyyət çəkən insanlar bir çox rəngləri ancaq boz və qəhvəyi rəngdə görürlər. Onlar üçün rəngləri ayırmaq tamamilə qeyri-mümkündür.

Amerika yazıçı-publisisti Fred Rogers rəng korluğu olan bir adamın məşhur bir nümunəsidir. O, dadmaq istisna olmaqla, noxudla pomidor şorbasını fərqləndirə bilmədi.

Tanınmış məşhur müğənni Bing Crosbi də uzun müalicələrə baxmayaraq rəngləri ayırd edə bilmədi. Rəng seçmək bacarığı olmadığı üçün onu geyim sarıdan zövqsüz müğənni də adlandırırdılar.

ABŞ-ın sabiq prezident Bill Klinton da bu xəstəlikdən əziyyət çəkirdi. Ancaq rəngləri müəyyən işıqlandırma şərtləri altında müəyyən edə bilirdi.

Düzəlişli gözlüklər

Bir çox gözlük firmaları bu xəstəlikdən əziyyət çəkən insanlar üçün X-krom markalı xüsusi eynəklər hazırlayıb. Bu eynəklər vasitəsilə daltonizm xəstələri rəngləri zəif də olsa ayırd edə bilirlər.

Bu günə qədər daltonizm xəstəliyinin müalicəsi yoxdur. Amma Vaşinqton universitetindən olan alimlər gen terapiyası vasitəsi ilə meymunlar üzərində uğurlu təcrübə aparıblar. Aparılan genetik təcrübənin insanlar üzərində də tətbiq edilməsi nəzərdə tutulur.

Şəmsiyyə Əliqızı, “İki sahil”

DİGƏR XƏBƏRLƏR