Menu
  • 21-09-2017
      • Bakı 30+35

  • 21-09-2017
    • $ 1.7007
      2.0209

1   2   3   4   5   6

SOSİAL /

SƏHİYYƏ

Professor ATU-da məruzə ilə çıxış edib

14-09-2017 [ 17:54 ] [ oxunub:19 ]
A+ | A-

İsrailin Ben-Qurion Universitetinin professoru ATU-da məruzə ilə çıxış edib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında İsrailin Ben-Qurion Universitetinin Tibb fakültəsinin baş mühazirəçisi, Klalit Tibb Şəbəkəsinin Cənub bölgəsi üzrə ambulator geriatriya xidmətinin rəhbəri, professor Yan Press, bu universitetin əməkdaşı həkim Aleks Geftler və İsrail səfirinin müavini Avital Rozenberqin iştirakı ilə tədbir keçirilib.

Universitetin mətbuat xidmətindən bildiriblər ki, tədbirdən öncə ATU-nun məzunu olan professor Y.Press klinikanın geriatriya, kardiologiya və pulmonologiya, allerqologiya şöbələrində olub, burada müalicə alan xəstələrin ümumi vəziyyəti ilə tanış olub.

Tədbirdə çıxış edən ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov klinikada yaradılan geriatriya şöbəsi haqqında Israilli gonaglara məlumat verib. Bu sahədə çalışan yetərincə mütəxəssislərimizin olduğunu qeyd edən R. Bəylərov xarici ölkələrin mütəxəssislərinin də universitetə dəvət olunduğunu bildirib. İsrailin Ben-Qurion Universiteti ilə ATU arasında mövcud sıx əməkdaşlıq əlaqələrindən danışan prorektor deyib: “Xarici mütəxəssislərin universitetimizə dəvət olunmasında ATU rektoru, professor Gəray Gəraybəylinin çox böyük zəhməti və qayğısı var. Dünyanın digər tibb universitetləri ilə əlaqə qurmaqda böyük təşəbbüs göstərir. İnanırıq ki, bu əlaqələr universitetimizin digər dünya ölkələri arasında nüfuzunun artmasında öz töhfəsini verəcək”.

Geriatriyanın çoxşaxəli sahə olduğunu deyən A.Rozenberq bu şöbənin yaşlılara qayğı baxımından əhəmiyyətini vurğulayıb. O, Y.Pressin bu sahədə təcrübəsini bölüşməsi də çox təqdirəlayiq olduğunu vurğulayıb.

Sonra professor Yan Pressin “Deliriy” mövzusunda məruzəsi dinlənilib, iştirakçıların sualları cavablandırılıb.

DİGƏR XƏBƏRLƏR