Menu
  • 20-04-2018
      • Bakı +14+18

  • 20-04-2018
    • $ 1.7
      2.1043

1   2   3   4   5   6

SƏHİYYƏ

Psixiatr İbrahim Balçıoğlu: Xocalı soyqırımının dərin psixoloji sarsıntıları...

13-01-2018 [ 16:04 ] [ oxunub:468 ]
A+ | A-

Xocalı soyqırımının yaratdığı dərin mənəvi-psixoloji sarsıntılar insanlara hələ bundan sonra yüz illər boyu əzab verəcək.

Bu fikri AZƏRTAC-a müsahibəsində səsləndirən İstanbul Universitetinin professoru, görkəmli psixiatr İbrahim Balçıoğlu bildirib ki, soyqırımı aktları və buna bənzər digər qanlı hadisələr terror aktları, silahlı münaqişələr və təbii fəlakətlərlə müqayisədə insan cəmiyyəti üçün daha ağır fəsadlar yaradır.

“Xocalıda törədilən dəhşətli soyqırımından sağ qurtaranlarda, bu vandalizmi gözləri ilə görənlərdə, eləcə də vəhşicəsinə öldürülənlərin qohumlarında, zərər çəkənləri müalicə edən, bu qəbildən olan insanlara digər xidmətlər göstərən və onlarla davamlı ünsiyyət saxlayan şəxslərdə bir çox ağır xəstəliklər yarada bilər. Bunların bir qismi ruhi, bir qismi isə daxili xəstəliklər kimi özünü göstərir. Həmçinin soyqırımı aktının fəsadlarının yaratdığı xəstəliklərin bir çoxu sonradan irsi xarakter alır, mövcud genetik xəstəliklər oyanır”, - deyə professor qeyd edib.

İbrahim Balçıoğlu vurğulayıb ki, istənilən soyqırımı aktının fəsadları təkcə belə faciələrdən bilavasitə zərər çəkənlərin sayı ilə dəyərləndirilə bilməz. Burada əsas psixoloji amil soyqırımı zamanı tətbiq olunan amansızlıq, işgəncələr, cəsədlərlə davranışdır.

Xocalı soyqırımının bu vaxtadək dünyada mövcud olan soyqırımı və qətliam hadisələrindən bir sıra cəhətləri ilə fərqləndiyini qeyd edən professor deyib: “Xocalı soyqırımı zamanı istifadə olunan dəhşətli metodlar, o cümlədən əsirlər və meyitlərlə amansız davranış deməyə əsas verir ki, bu cinayəti törətməkdə məqsəd heç də yalnız bir şəhəri işğal etmək olmayıb. Bu soyqırımı, digər məkrli niyyətlərlə yanaşı, həm də Azərbaycan xalqının mənəvi–psixoloji durumuna və genetik sağlamlığına qarşı törədilmiş bəşəri cinayətdir”.