16 iyul 2018 18:41
1136

Muxtar Babayev TÜRKPA-nın baş katibi ilə görüşüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında tanışlıq görüşü keçirilib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.