İran Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdi qətiyyətlə pisləyir.
Trend-in məlumatına görə, bunu bu gün Tehranda İran XİN-in mətbuat katibi Bəhram Qasımi deyib.
XİN rəsmisi deyib: "İran dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq həmişə zor tətbiqetməni və terroru pisləyib".
B.Qasımi terror aktı nəticəsində yaralanmış Gəncə icra başçısına şəfa diləyib.