25 sentyabr 2018 20:50
1886

Nazir Nyu-Yorkda görüşlər keçirib

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Venesuela və Baham Adalarından olan həmkarları ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Venesuela Bolivar Respublikasının xarici işlər naziri Jorge Areaza və Baham Adaları Birliyinin xarici işlər naziri Daren Alan Henfild ilə ikitərəfli görüşlər keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirlər ikitərəfli münasibətləri müzakirə edib, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər, həmçinin BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyi üzrə fikir mübadiləsi aparıblar.